Şimali Koreya Kişidanın Almaniyaya səfərini qınayıb


Şimali Koreya Yaponiyanın baş naziri Kişida Fumionun Almaniyaya səfərini qınayıb və səfər zamanı imzalanan sazişi müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma kimi qiymətləndirib.



Yonhap-ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, Şimali Koreya Kişidanın Almaniyaya səfərini və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə Almaniya ordusu arasında qida, yanacaq və sursat paylaşma prosesini sadələşdirmək üçün imzalanan razılaşmanı pisləyib.

Müqaviləni müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma olaraq xarakterizə edən Pxenyan administrasiyası sözügedən iki ölkəni regional gərginliyi artıran müharibə təlimləri keçirmək üçün əməkdaşlıq etməkdə günahlandırıb.

Şimali Koreya həmçinin NATO-nun Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı artırmaq addımını pisləyib və ABŞ, Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımların NATO-nun Asiya versiyasını yaratmaq cəhdi olduğunu iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu