Şimali Koreyadan NATO Sammitinin yekun bəyannaməsinə sərt reaksiya


Şimali Koreya “Rusiyanın Ukraynadakı müharibəsini asanlaşdıran və dolayısı ilə uzadan bir aktor" olaraq yer aldğı NATO-nun 75-ci Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının yekun bəyannaməsini qınayıb.



Yonhap-ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nun yekun bəyannaməsi ilə bağlı açıqlama verib.

Açıqlamada “Müstəqil suveren dövlətlərin qanuni hüquqlarını pozan qeyri-qanuni sənəd olan bəyannaməni rədd edirik” ifadəsi işlədilib.

Bəyanatda bəyannamənin yeni soyuq müharibə və münaqişəyə səbəb olduğu iddia edilib. Bildirilib ki, “Mövcud vəziyyət Birləşmiş Ştatların beynəlxalq sülh və sabitliyə meydan oxuyaraq hərbi bloku genişləndirmək cəhdinin qarşısını almaq üçün əks hərəkət tələb edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu