Diaspora Komitəsi bütün təşkilatlarla işləməlidir - hüquq müdafiəçisi


“Mən hesab edirəm ki, “Soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi müzakirə olunarkən həmin təşkilatlar Milli Məclisə dəvət olunmalıdır”.


AFN.az xəbər verir ki, bunu "Diaspora TV"-yə açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, müzakirə zamanı həmçinin diaspora təşkilatları gördüyü işlərlə bağlı parlamentdə məlumat verməlidirlər:

“Ermənistanın diasporlarına baxın, görün necə işləyirlər. Bu gün Ermənistanı saxlayan onun diaspor təşkilatlarıdır. Görün onların təşkilatları haralara kimi gedir və hansı mövzuları müzakirə edirlər. Azərbaycan diasporu ondan güclü olmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsi bütün dünyada olan təşkilatlarla işləməlidir və sıx əlaqə saxlamalıdır. Belə olan təqdirdə Azərbaycan diasporunun da səsini eşidərlər”.

Novella Cəfəroğlu təəssüf hissi ilə qeyd edib ki, bu gün Azərbaycan diasporlarının sözü eşidilmir: “Prezidentə dəstək lazımdır. Ölkənin bütün yükünü İlham Əliyev aparır. Bir gündə nə qədər tədbirə gedir, çıxışlar edir, ona dəstək lazımdır. Ona görə də xarici ölkələrlə bağlı işləri diasporlar etməlidir. Xarici dövlətlərdə diaspora o qədər güclü olmalıdır ki, Prezident həmin ölkələrə getməyə belə ehtiyac duymasın. Bu belə olmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu