Novella Cəfəroğlu: “Azərbaycanda iki partiya olsun, bəsdir”
“ABŞ-da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır. Azərbaycanda da əsas iki partiya olmasını istəyərdim, iki partiya bəsdir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı keçirilən növbəti ictimai dinləmə zamanı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri bildirib.
Novella Cəfəroğlu deyib ki, Azərbaycanda digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, birləşsinlər.
O, bu gün Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların da əksəriyyətinin yalnız bir “papka”sı var”.