"Bloomberg" məhbus mübadiləsi xəbərini yayan jurnalisti işdən çıxarır


"Bloomberg" agentliyi Rusiya Federasiyası ilə ABŞ arasında məhbus mübadiləsi barədə xəbərlər dərc edən jurnalisti vaxtından əvvəl işdən çıxarıb.


Bu barədə “The Washington Post” mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Ağ Ev bir neçə media orqanını, o cümlədən Bloomberg-i mübadilənin təfərrüatları barədə əvvəlcədən məlumatlandırıb, lakin təyyarə ABŞ-a enənə qədər bunları dərc etməməyi xahiş edib. "Bloomberg" xəbəri yerli vaxtla saat 7:44-də dərc edib və bu barədə Amerika administrasiyasına məlumat verməyib. Ağ Ev embarqonun pozulmasından narazı qalıb. Daha sonra agentlik materialı redaktə edərək, artıq mübadilə edildiyi barədə məlumatları silib.

Nəşrin yazdığına görə, daxili redaksiya araşdırması nəticəsində agentliyin rəhbərliyi embarqonun pozulmasına görə materialın müəllifi, agentliyin Ağ Ev müxbiri kimi çalışmış Cennifer Ceykobsun məsuliyyət daşıması qərarına gəlib. “The Washington Post” qeyd edir ki, o, mübadilə haqqında xəbərlərin hazırlanmasında iştirak edən 30 jurnalistdən biri olub. "Mən redaktorlarla işlədim və açıq şəkildə administrasiyanın embarqosuna zidd olan və ya mübadilə iştirakçılarına təhlükə yarada biləcək heç bir şey etmədim. Bu, xəbər yazan hər bir müxbirin başına gələ bilər. Xəbərin nə vaxt və hansı başlıqla dərc olunacağına müxbirlər qərar vermirlər", - deyə Cennifer Ceykobs məsələ ilə bağlı X-də yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu