Hasara çıxıb evlilik təklifinə "yox" deyən qadını söydü - Qusarda olay


Qusar rayonunda 56 yaşlı şəxs evlənmək təklif etdiyi qadın salamını almadığı üçün ona qarşı nalayiq ifadələr işlədib və saxlanılıb.


1968-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuş C.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, C.N. dəfələrlə X.O.-ya evlənmək təklif edib, amma "yox" cavabını alıb. C.N. yenidən qadına yaxınlaşaraq salam verib, X.O. isə salamını almayıb. Bu səbəbdən qadına etiraz edib.

Daha sonra təqsirləndirilən şəxs içkili halda X.O.-nun yaşadığı evin hasarına çıxaraq onu çağırıb, nalayiq ifadələrlə təhqir etməyə başlayıb. Bu səbəbdən qadın polisə şikayət edib.

Məhkəmənin qərarı ilə C.N. 10 gün müddətə inzibati həbs edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu