Anar Bayramov 2,7 milyon manata ofis icraəyə götürür


Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2 740 604 manata ofis icarəyə götürəcək.


Agentlik fərdi sahibkar Əşrəf Səxavət oğlu Səfərovla satınalma müqaviləsi bağlayacaq.

Sahəsi 3 932 kvadratmetr olan ofis 34 ay müddətinə icarəyə götürülür. Bu halda aylıq icarə haqqı 80 606 manat edir.

Əşrəf Səfırov cari ilin iyul ayında DOST İş Mərkəzinin ofis binasının icarəsi ilə bağlı elan etdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqvailəsinin maliyyə dəyəri 853 710 manat olub.

Əşrəf Səfərov "Kia Motors Az" MMC-nin qanuni təmsilçisidir. Şirkətin sahibi isə onun atası Səxavət Səfərovdur.

Səxavət Səfərovun adı 40 milyonluq maliyyə qalmaqalında keçir. İddialara görə, "Kia Motors Az" MMC dövlətdən 40 milyon manat gizlədib. Sonradan araşdırmalar nəticəsində məlum olub ki, həmin pul "Parabank"ın Nəsimi filialında saxlanılır. Bu fakt ortaya çıxandan sonra vergi orqanları bankda yoxlamalara başlayıb.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.

Qaynarinfo



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu