DSMF 240 minə ofis icarəyə götürür


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.


DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.

Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Hüseynova Almaz Hacı qızına 240 min 702 manat (26 min 744 manat) ayda ödəyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu