İsrail ordusu səhər saatlarından etibarən Livanda 300 hədəfə hava zərbələri endirib


İsrail ordusu səhər saatlarından etibarən Livanın cənubunda və şərqində 300-dən çox hədəfə hava zərbələri endirdiyini açıqlayıb.



İsrail ordusu Livanın cənub və şərqində həyata keçirdiyi hava hücumları ilə bağlı açıqlama verib.

Baş Qərargah rəisi Herzi Halevinin Livanda Hizbullah hədəflərinə hücumları təsdiqlədiyi bildirilib.

Bildirilib ki, səhər saatlarından etibarən Livanın cənub və şərqində 300-dən çox hədəf vurulub.

Sosial mediada yayılan görüntülərdə hava zərbələri nəticəsində Livanın cənub və şərqində bir çox bölgədən tüstünün qalxdığı görünür.

Qeyd edək ki, İsrail ordusu bu səhər Livana iki ayrı hava hücumu təşkil etdiyini açıqlayıb. Hücumlarda Livanın cənub və şərqindəki bəzi bölgələrin hədəf alındığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu