İsrailin bombardmanları nəticəsində Livanın cənub bölgələrində yanğın baş verib


İsrail ordusunun hücumları nəticəsində Livanın cənubundakı bəzi qəsəbələrdə yanğın baş verib.



Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu gecə və səhər saatlarında Livanın cənubundakı bəzi şəhərləri bombalamağa davam edib.

İsrail ordusu 15-dən çox artilleriya atəşi ilə Mahmudiyyə bölgəsi, Ayşiyye qəsəbəsi və Kefr Raman ətrafını hədəf alıb.

Hücumların hədəf aldığı bölgələrdə yanğın baş verib. Mülki müdafiə bölmələri yanğınlara müdaxilə edib.

Livanın cənubunda Hanin, Ayta Şaab, Şakra və Remiş qəsəbələrində və Marun Ras qəsəbəsində baş verən yanğınlar mülki müdafiə və yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu