Filippin: Çinin 251 gəmisi bir həftə ərzində iqtisadi zonamızı pozub


Filippin son bir həftə ərzində əksəriyyəti hərbi olan 251 Çin gəmisinin ölkənin müstəsna iqtisadi zonasını pozduğunu açıqlayıb.



“Philstar” qəzetinin xəbərinə görə, son vaxtlar Qərbi Filippin dənizində fəaliyyət göstərən Çin gəmilərinin sayı rekord həddə çatıb.

Filippin Hərbi Dəniz Qüvvələri sentyabrın 17-dən 23-dək Çin Hərbi Dəniz Qüvvələrinə məxsus 251 gəminin, o cümlədən döyüş gəmiləri, qayıqlar, kiçik gəmilər və üç tədqiqat gəmisinin Filippinin müstəsna iqtisadi zonasını pozduğunu açıqlayıb.

Hərbi Dəniz Qüvvələri qeyd edib ki, bu gəmilərdən 153-ü bölgədəki Ayungin və Sabina Shoals ətrafında cəmlənib.

Filippin Hərbi Dəniz Qüvvələri təkcə son bir həftə ərzində ölkənin müstəsna iqtisadi zonasında 16 Çin döyüş gəmisinin göründüyünü açıqlayıb.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü kontr-admiral Roy Vincent Trinidad mətbuata açıqlamasında Çin gəmilərinin bölgədə olmasının qanunsuz olduğunu bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu