Pentaqon: İranın İsrailə raket hücumu əvvəlkindən iki dəfə çox olub
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bildirib ki, İranın bu gün İsrailə qarşı raket hücumu aprelin 13-də sonuncu hücumundan iki dəfə çox olub.
Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında danışıb.
İranın bu gün İsrailə təxminən 200 ballistik raket atdığını ifadə edən Rayder, "Bu, əhatə dairəsi baxımından yəqin ki, daha əvvəl gördüklərimizin böyüklüyündə əhəmiyyətli bir hücum idi" deyib.
Aprelin 1-də İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hava hücumuna cavab olaraq İranın 13 apreldə İsrailə qarşı reaksiyasına toxunan Rayder, "Son raket hücumu ilə müqayisədə bu gün atılan ballistik raketlərin sayı təxminən iki dəfə böyük idi” qeyd edib.
ABŞ-ın bölgədəki iki dəniz esminesi olan USS Vocal və USS Cole-un İran raketlərinə qarşı onlarla raketdən müdafiə sistemi atdığını bildirən Rayder, İran raketlərinin əksəriyyətinin İsrail tərəfindən bloklandığını və ilkin təsbitlərə görə İsrailin çoc az zərər gördüyünü bildirib.
Rayder İranın hücumdan əvvəl ABŞ-a məlumat verib-vermədiyi sualına “İranın mümkün hücumu ilə bağlı əvvəlcədən hər hansı xəbərdarlıqdan xəbərim yoxdur” cavabını verib.
İranın raket hücumunun nəticələrini hələ də qiymətləndirdiklərini qeyd edən Rayder, indiyədək bölgədə ABŞ qüvvələrinə qarşı hər hansı bir hücumun olmadığı məlumatını paylaşıb.
Mənbə: AA