İqtisadiyyat üzrə 2024-cü il Nobel Mükafatının qalibi məlum olub
İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb.
İsveç Kral Elmlər Akademiyası 2024-cü il İqtisadiyyat üzrə Nobel Mükafatını Daron Acemoğlu, Saymon Conson və Ceyms A. Robinsona təssislərin necə formalaşdığı və onların rifaha necə təsir etdiyinə dair işlərinə görə vermək qərarına gəlib.
Bəyanatda 2024-cü il İqtisadiyyat üzrə Nobel Mükafatı qurumların formalaşması və rifah üzərindəki təsirləri ilə bağlı araşdırmalarına görə türkiyəli Prof. Dr. Daron Acemoğlu, İngilis Prof. Dr. Simon Johnson və İngilis Prof. Dr. Ceyms Robinson qalib gəldiyi bildirilir.
Qeyd edək ki, 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatını Harvard Universitetindən amerikalı professor Klaudiya Qoldin qadınların iş qüvvəsində yeri ilə bağlı işinə görə qazanıb.
Mənbə: AA