FED rəsmisi: Uçot dərəcəsinin aşağı salınmasını dəstəkləyirəm
ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller bankın bu ay keçiriləcək iclasında uçot dərəcəsinin endirilməsini dəstəkləməyə meylli olduğunu bildirib.
Uoller Amerika İqtisadi Araşdırmalar İnstitutu tərəfindən təşkil edilən konfransda iqtisadi görünüşlə əlaqədar çıxış edib.
FED-in sentyabr toplantısından bu yana siyasət faizini 75 baz bənd aşağı salmasından sonra pul siyasətinin hələ də məhdudlaşdırıcı olduğunu və əmək bazarında arzuolunmaz bir zəiflik yaratmadan inflyasiya üzərində aşağı istiqamətli təzyiq olduğunu ifadə edən Uoller, siyasət faizinin daha neytral səviyyəyə yaxınlaşana qədər faiz endirimlərinin gələn il bütün müddət ərzində davam etməsini gözlədiyini söyləyib.
Uoller qeyd edib ki, bununla belə, son məlumatlar inflyasiyanın 2 faizdən xeyli yuxarı səviyyədə dayanacağı ehtimalını artırır.
O, bu riskin Federal Açıq Bazar Komitəsinin (FOMC) inflyasiyanın və iqtisadiyyatın gələcək gedişatı haqqında daha çox məlumat toplamaq üçün növbəti iclasda siyasət faizini sabit saxlamağı düşünməsi ilə bağlı narahatlıq doğurduğuna diqqət çəkib.
Uoller, 75 baza nöqtəsi edirildikdən sonra, siyasətin əhəmiyyətli dərəcədə məhdudlaşdırıcı olaraq qaldığına dair sübutların güclü olduğuna inandığını və yenidən endirimin sadəcə "əyləc pedalını sərt şəkildə basmadıqları" anlamına gələcəyini söyləyib.
Faiz dərəcələrinin daha da aşağı salınmasını dəstəkləyən başqa bir faktorun da əmək bazarının nəhayət tarazlığa çatmış kimi görünməsi olduğunu ifadə edən Uoller, bu tarazlığın qorunub saxlanmasının hədəflənməsi lazım olduğunu qeyd edib.
Qeyd edək ki, FED-in növbəti iclası dekabrın 17-18-də keçiriləcək.
Mənbə: AA