Ufuk Turganer: "Kıbrıs Türk Evi” kimi layihələr türk dövlətləri arasında əlaqələrin inkişafına töhfədir
Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin baş təmsilçisi Ufuk Turganer "Millennium Turizm Konqress DMC" şirkətini ziyarət edib.
AFN.az-ın məlumatına görə, görüş zamanı təmsilçi Lefke Avropa Universitetinin dəstəyi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri və "Millennium Turizm Konqres DMC" şirkətinin prezidenti Ruslan Quliyevin təşəbbüsu ilə yaradılan “Kıbrıs Türk Evi” ilə tanış olub və xatirə dəftərinə öz arzularını yazıb. Görüş zamanı iki ölkə arasında turizm, təhsil və digər sahələr üzrə fikir mübadiləsi aparılıb, 2025-ci ildə nəzərdə tutulan tədbirlər planı müzakirə olunub. Xanım təmsilçi “Kıbrıs Türk Evi”nin gələcək fəaliyyətinə uğurlar arzulayıb və öz təşəkkürlərini bildirib. Eyni zamanda vurğulayıb ki, bu tip layihələrin həyata keçirilməsi türk dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafına əvəzsiz töhfədir. Görüş zamanı Ruslan Quliyevə baş təmsilçisi Ufuk xanım Turganer tərəfindən xüsusi təşəkkür plaketi təqdim olunub.
FƏXRİYYƏ