OPEC+ ABŞ-ın neft hasilatını artırmaq planlarını müzakirə edəcək


Yaxın vaxtlarda ABŞ-ın neft hasilatını artırmaq planlarını müzakirə etmək üçün OPEC+ nümayəndələrinin görüşü planlaşdırılır.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

"Yaxın vaxtlarda OPEC+ nümayəndələri səviyyəsində görüş planlaşdırılır. Görüşdə təşkilatın mövcud vəziyyətlə bağlı siyasəti, o cümlədən ABŞ-ın hasilat həcmini artırmaq planları müzakirə olunacaq və razılaşdırılmış mövqe qəbul ediləcək", - deyə Satkaliyev qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu