Vaqif Şıxəliyevin komaya düşmə səbəbi bilindi - YENİLƏNİB
Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşmə səbəbi məlum olub.
AFN.az xəbər verir ki, bu barədə Lent.az-a müğənninin həyat yoldaşı məlumat verib. O, Vaqif Şıxəliyevin ürəyinə yay aylarında stent qoyulduğunu bildirib.
“Ürəyində stent var idi. On gündür ağrıları vardı, müalicə alırdı. Amma müalicələr ona əks təsir edirdi, təzyiqi enirdi. Dünən yenə halı dəyişdi. Oturduğumuz yerdə dedi ki, mənim halım pisdir. Bir anda ürəyi dayandı, kliniki ölüm keçirdi. Hazırda Məlhəm Hospitaldadır. Beyni oksigensiz qaldığı üçün müalicəsi davam edir. Tək ümidimiz Allaha qalıb”.
***
Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.
Bununla bağlı onun dostları məlumat yayıb. Bildirilib ki, sənətçinin vəziyyəti ağırdır və o, ötən gündən komadadır. Onun səhhətindəki problem açıqlanmayıb.
Bloger Fidan Zeyni də Vaqif Şıxəliyevin vəziyyəti ilə bağlı paylaşım edib. O, müğənni ilə bağlı paylaşıma “Dünəndən komadan ayılmırmış” sözlərini yazıb.\axsam.az




