Çin "Google"a qarşı antiinhisar araşdırmasına başlayıb


Çin hakimiyyəti "Google"a qarşı antiinhisar araşdırmasına başlayıb.


Bu barədə Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.

Agentliyin açıqlamasında deyilir ki, “Google” Çinin antiinhisar qanununu pozmaqda şübhəli bilindiyi üçün araşdırmaya başlanılıb.

"Google"un Çindəki əməliyyatları ölkənin kibertəhlükəsizlik qaydalarına görə məhdudlaşdırılıb. Çində Gmail, Google Maps, Google Play və YouTube kimi xidmətlər bloklanıb. Məhdudiyyətlər şirkətin siyasi cəhətdən həssas məzmuna nəzarət etməklə bağlı Çinin tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün qoyulub. Eyni zamanda Çində Google-un Android əməliyyat sistemindən istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu