ABB SMS xəbərdarlığın qiymətini 3 dəfə qaldırdı


Bu ölkədə əlində imkan olan hər kəs, hər bir qurum vətəndaşı soymağa çalışır. Bu, xüsusilə banklara aiddir.


AFN.az xəbər verir ki, bunu jurnalist Dünya Sakit sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, SMS xəbərdarlığın qiymətini 3 dəfə qaldırıb.

"Azərbaycan Beynəlxalq Bankından debet kartım var. Bir müddət əvvəl pulsuz olan SMS xəbərdarlıq xidmətini pullu edib, 1 manat aylıq ödəniş təyin etdilər. Bu gün baxıram ki, həmin xidmət üçün bu dəfə 3 manat çıxıblar. Zəng vurmuşam, deyirlər, əvvəlcədən xəbərdarlıq edilib sizə. Deyirəm, axı edilsə belə, hansı əsasla 3 dəfə artırmısınız bu xidməti? Deyir, Bankın tariflər şurası qərar verib. Görün, başqa nələr, hansı yollar var vətəndaşı soymaq üçün, durmayın, soyun, talayın!" - deyə jurnalist bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu