"KontaktHome" jurnalistə artıq borc yazdı: "Dostları eşitmədim..."


"Ətrafımdakı dostlar, tanışlar "Kontakt Home"dan heç vaxt, heç nə alma deyirdilər, amma qulaq asmadım. Həytımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı".


Bunu tanınmış jurnalist Elmir Muradov özünün şəxsi facebook səhifəsində yazıb. Media nümayəndəsi daha sonra bunları qeyd edib: "Ötən il iyulun 18-də götürdüyüm kreditin əksər vaxtlar ödənişini daha tez, daha çox ödəyirdim ki, məbləğ tez bitsin, canım da qurtarsın. Axırıncı dəfə "Paypoint"dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim, belə də olmazdı. Sadəcə, indi "Kontakt Home"dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, verə bilməyəcəklərini bildirirlər. Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz? Susurlar. Susurlarsa deməli, bundan sonra ordan nəsə almaq lazım deyil".
Qeyd edək ki, "KontaktHome" elə həmin statusda E.Muradova cavab verib. Həmin cavabı təqdim edirik: "Çağrı mərkəzinə daxil olan zənginizi dinlədik. Zəng zamanı əməkdaşımız sizə ümumi ödənişləriniz və qalıq borcunuz barədə məlumat təqdim edib. Hazırda da sistem üzrə adınızda borc məbləği əks olunur.
Ödəniş tarixçənizlə bağlı sənədi sizə Whatsapp üzərindən göndəririk. Zəhmət olmasa, nəzər yetirərdiniz. Məsələnin yenidən araşdırılması üçün, ödəniş etdiyiniz terminaldan çıxarış əldə edərək bizə təqdim etməyiniz xahiş olunur".
Mövzunu diqqətdə saxlayacağıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu