"Kontakt Home"da Qurban bayramına özəl kampanya




Müasir dövrdə alıcılar 2 kateqoriyaya ayrılır. Birincilər dəyərli məhsul almaq üçün mütəmadi kənara pul qoyurlar ki, bir müddət sonra ev üçün televizor və ya hər hansı məişət texnikası alsınlar. Onlar bu məhsulları almaq üçün zövq alacaqları bir çox şeydən özlərini məhrum buraxır. Məsələn, istirahətə yollanmaq, yaxud mənzilin ab-havasını yeniləmək kimi. Digərləri isə texnikanı kreditə götürməyi üstün tutur. Çünki maddi baxımdan birdəfəyə daha az yüklənirlər, almaq istədikləri məhsulun modeli köhnəlmədən onun bütün funksionallıqlarından vaxtında və doya-doya yararlanırlar. Belə alıcılar ilkin ödənişsiz və faizsiz şərtlərlə "Kontakt Home"da kreditə məhsul almağın asanlığını da yaxşı bilirlər.



"Kontakt Home"da öz növbəsində müştərilərin ehtiyaclarını çox yaxşı bilir və onlar üçün Qurban bayramı münasibətilə yeni, 2 qat sərfəli kampanyaya start verir. Yalnız 5 gün, 9-13 avqust tarixlərində "Kontakt Home" mağazalarında istənilən TV və məişət texnikasını ilkin ödənişsiz və faizsiz 18 deyil, tam 24 ayadək kreditlə əldə edə bilərsiniz. Bu o deməkdir ki, indi ayda daha az məbləğ ödəyib, həm istirahət, həm də digər ehtiyaclarınızı ertələmədən sevdiyiniz texnikaya daha asan sahib olacaqsınız.

Məsələn, 1800 Vt güclü Samsung tozsoranını ayda cəmi 10 AZN, 40m2-lik HOFFMANN kondisionerini ayda cəmi 32 AZN, 43 düymlük 4K Ultra HD dəstəkli Samsung LED televizorunu ayda cəmi 50 AZN ödəyərək ala bilərsiniz.

Məhsulların çeşidi bununla bitməsə də, sayı məhduddur. Odur ki, vaxt itirmədən "Kontakt Home" mağazalarına yollanın, məhsulları indi alın, ilkin ödəniş və faiz dərdi çəkmədən 24 ay ərzində ödəyin.

Bütün aksiya və kampanyalar haqda daha ətraflı məlumatı istənilən "Kontakt Home" mağazasından, həmçinin www.kontakt.az saytı və *6060 Çağrı Mərkəzindən əldə edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu