“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi




Maliyyə Bazarlarına Nəzarət Palatası "ABC Telekom” MMC-ni ("Kontakt Home” mağazalar şəbəkəsi) 1300 manat cərimələyib.



Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "ABC Telekom” ("Kontakt Home” mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir.

"Kontakt Home"nin hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla 23 mağazada fəaliyyət göstərir. (Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu