Rusiya: Marseldəki Baş Konsulluğumuzda baş verən partlayışda terror aktının əlamətləri var

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Marseldəki Baş Konsulluğunda baş verən partlayışda terror hücumu əlamətlərinin olduğunu bildirib və Fransadan hərtərəfli araşdırma ilə bağlı tez bir zamanda tədbir görməsini tələb edib.
Rusiyanın TASS xəbər agentliyinə danışan Zaxarova ölkəsinin Marsel Baş Konsulluğu sərhədləri daxilində baş verən partlayışla bağlı açıqlamalar verib.
"Rusiyanın Marseldəki konsulluğunun ərazisində törədilən partlayışlarda terror aktının əlamətləri var. Biz Fransadan hərtərəfli araşdırma üçün təcili tədbirlər görməsini tələb edirik", - deyə Zaxarova bildirib.
Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, Marsel Baş Konsulluğunda baş verən partlayışla əlaqədar Rusiyanın dost olmayan ölkələrdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri artırılmalıdır.