Zaxarova Ukraynanı "terrorizmin yayılma mərkəzi" adlandırıb
Ukrayna on ildir ki, Qərbin əli ilə terrorizmin yayılması mərkəzinə çevrilir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, qeyd edib ki, Moskva vilayətində baş verən terror aktından sonra terrorçular məhz Ukraynaya qaçıblar.
Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya prezidenti Vladimir Putinə "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə bağlı 11 nəfərin saxlanılması barədə məlumat verib.