Londonda Avropanın müdafiəsi ilə bağlı toplantı keçiriləcək


İngiltərə Baş naziri Keir Starmer bu həftə sonu Londonda bir çox ölkənin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb.



İngiltərə Baş naziri Keir Starmer mətbuat konfransında Ukrayna və ABŞ ilə bağlı mühüm açıqlamalar verərək, bu həftə sonu paytaxt Londonda bir çox Avropa liderinin iştirakı ilə toplantı keçiriləcəyini açıqlayıb. Polşanın baş naziri Donald Tusk da bazar günü Londonda Avropanın müdafiəsi ilə bağlı toplantının keçiriləcəyini açıqlayıb.

Mətbuat konfransının əvvəlində Rusiya-Ukrayna müharibəsinə toxunan Starmer "Rus tanklarının yenidən Avropa şəhərlərinə girəcəyini desəydilər, buna inanmazdım. Amma indi buradayıq. Hər şeyin dəyişdiyi bir dünyadayıq" deyib.

Rus gəmilərinin Böyük Britaniya sahillərində üzdüyünə də diqqət çəkən Starmer, Rusiyanın Ukraynada dayanmadığını və onlar üçün də təhlükə yaratdığını ifadə edərək, "Sülh üçün mübarizə aparmalıyıq" qeyd edib.

Qeyd edək ki, Starmer İngiltərənin müdafiə büdcəsinin ümumi milli məhsulun 2,5%-nə qədər artırılacağını açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu