Qətər XİN: İsrailin Qəzzaya yardım qadağası atəşkəsi pozur


Qətər İsrailin Qəzza zolağına humanitar yardımın daxil olmasını qadağan etmək qərarını pisləyir və bunu anklavda atəşkəs razılaşmasının pozulması adlandırır.


AFN.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qətər dövləti işğalçı İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarını qətiyyətlə pisləyir”, - bəyanatda deyilir. Xarici İşlər Nazirliyi İsrailin hərəkətlərini atəşkəs razılaşmasının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda vurğulanır ki, Qətər hər hansı ərzaqdan müharibə silahı kimi istifadəni rədd edir. Doha beynəlxalq ictimaiyyəti İsraili zolağın bütün ərazilərinə humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə məcbur etməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu