Ukrayna və ABŞ nümayəndələrinin Ər-Riyadda görüşü başlayıb


ABŞ və Ukrayna nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında Ukraynada atəşkəsin parametrlərini müzakirə etməyə başlayıb.


AFN.az xəbər verir ki, bu barədə Kiyev nümayəndə heyətinin tərkibində olan Ukraynanın müdafiə naziri Rustem Umerov məlumat verib.

"Biz Ər-Riyadda Amerika komandası ilə görüşə başladıq", - deyə o X hesabında yazıb. Umerov bildirib ki, gündəlikdə enerji obyektlərinin və mühüm infrastrukturun mühafizəsi ilə bağlı təkliflər var: "Bu gün biz bir sıra mürəkkəb texniki məsələləri həll edirik - nümayəndə heyətimizə enerji ekspertləri, eləcə də dəniz və hava qüvvələri komponentlərinin hərbi nümayəndələri daxildir".

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ ekspertləri arasında Ukrayna üzrə məsləhətləşmələr keçiriləcək. Onun sözlərinə görə, məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə senator Qriqori Karasin və FSB direktorunun müşaviri Sergey Beseda başçılıq edəcək. Müzakirənin Qara dəniz təşəbbüsü ilə bağlı olacağı da vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu