Ər-Riyadda Rusiya-ABŞ danışıqları 12 saatdan çoxdur davam edir

Ər-Riyadda Rusiya-ABŞ danışıqları 12 saatdan çoxdur ki davam edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə məsləhətləşmələr səhər saatlarında başlayıb, hələ bitməyib.
Danışıqlar Səudiyyə Ərəbistanının paytaxtında Moskva vaxtı ilə saat 10:15 radələrində başlayıb. Bir neçə saat əvvəl TASS-ın mənbəsi tərəflərin birgə bəyanatın mətni üzərində razılığa gəldikdən sonra danışıqları başa çatdıracaqlarını bildirmişdi.