Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar iki saatdır davam edir

Rusiya və ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar iki saata yaxındır ki, davam edir.
AFN.az TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətləri Ər-Riyadda danışıqları başlayıblar.
Rusiya nümayəndə heyətinə yaxın mənbənin verdiyi məlumata görə, tərəflər danışıqları yaxın vaxtlarda başa çatdırmağı planlaşdırmır. "Görüşün nə vaxt başa çatacağı məlum deyil. Komandalar hələ də məsləhətləşmələr aparır", - deyə agentliyin mənbəsi əlavə edib.