ABŞ və Ukrayna danışıqlarının əlavə raundu keçirilə bilər

ABŞ və Ukrayna nümayəndə heyətləri bu gün Ər-Riyadda danışıqların əlavə raundunu keçirə bilər.
AFN.az xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ər-Riyadda gedən danışıqlarda irəliləyişdən asılı olaraq Ukrayna və Amerika tərəfləri daha bir görüş keçirə bilər.