İstanbulda Rusiya-ABŞ danışıqları yekunlaşıb

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirliklərin işi ilə bağlı məsələlərlə bağlı danışıqlar başa çatıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, görüş 6,5 saat davam edib.
Danışıqlardan sonra mətbuata heç bir şərh verilməyib. Bir neçə dəqiqə əvvəl Rusiya nümayəndə heyətinin olduğu avtomobil ABŞ-ın İstanbuldakı baş konsulunun danışıqların aparıldığı iqamətgahı ərazisindən çıxıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqların nəticələri ilə bağlı məlumat bu və ya digər şəkildə veriləcək.