Rusiya və ABŞ nümayəndələri İstanbulda görüşəcəklər

Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda danışıqlar aparacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, iki ölkənin səfirliklərinin işindəki problemlər və onların normal fəaliyyətinə qaytarılması yolları Türkiyədə müzakirə ediləcək.
Görüşdən əvvəl Moskva və Vaşinqton arasında bu mövzuda iki ilkin texniki təmas olub.
"Diplomatlar və yüksək səviyyəli ekspertlər görüşərək sistem problemlərini nəzərdən keçirəcəklər" - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Tərəflər hələlik nümayəndə heyətlərinin tərkibini açıqlamayıblar, lakin həm Moskva, həm də Vaşinqton İstanbuldakı görüşün bütünlüklə diplomatik nümayəndəliklərin işi mövzusuna həsr olunacağını bəyan ediblər. Dövlət Departamentindən jurnalistlərə bildirilib ki, görüşdə Ukrayna və təhlükəsizlik sahəsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılmayıb.