ABŞ və Rusiya nümayəndə heyətləri fevralın 18-də görüşəcək - KİV

Fevralın 18-də Səudiyyə Ərəbistanında Amerika və Rusiya nümayəndə heyətlərinin Ukrayna böhranının həllinə həsr olunmuş görüşü keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ və Rusiyanın yüksək səviyyəli nümayəndələri iki ölkənin prezidentləri Donald Tramp və Vladimir Putin arasında danışıqlara hazırlıq məsələlərini də müzakirə edəcəklər.
ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff da ABŞ nümayəndə heyətinin tərkibində Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin həllində ciddi irəliləyiş gözlədiyini bildirib. Görüşdə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsın da iştirak edəcəyi bildirilir.