Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli yollarının müzakirəsi üçün toplantı başlayıb


Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna böhranının həlli yollarının müzakirə olunduğu görüş başlayıb.


Əl-İhbariyye kanalında yayımlanan xəbərdə Rusiya-Ukrayna böhranının həll yollarını müzakirə edən toplantının dünən Ciddədə start götürdüyü bildirilib.

Toplantıya bəzi ölkələrin milli təhlükəsizlik müşavirləri və nümayəndələrinin qatılacağı qeyd edilən xəbərdə iştirakçı ölkələrin adları və görüşün müddəti ilə bağlı detallara yer verilməyib.

Ərəb mediası isə 40-a yaxın ölkənin iştirakı ilə iki gün davam etdiyi bildirilən toplantıya Ukraynadan bir nümayəndə heyətinin qatıldığına baxmayaraq, Rusiyadan heç kimin iştirak etmədiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu