Çexiya Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı sammitə dəvət alıb


Çexiya Ukrayna ilə bağlı sammitin Səudiyyə Ərəbistanında keçiriləcəyini təsdiqləyib.


Praqa artıq 30 ölkənin nümayəndələrinin Ukraynada müharibənin başa çatması məsələsini müzakirə edəcəyi görüşə dəvət alıb.

"RBC-Ukrayna" ČTK-ya istinadən xəbər verir ki, bunu Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Dreyk deyib. Onun sözlərinə görə, indi sammitdə Çexiyanı kimin təmsil edəcəyinə qərar verirlər.

"Təsdiq edə bilərəm ki, Çexiya Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək sammitə dəvət alıb, təmsilçiliyin səviyyəsinə qərar veriləcək", - deyə Dreyk bildirib.

“The Wall Street Journal” diplomatlara istinadən Səudiyyə Ərəbistanında sammitin keçiriləcəyi və orada Ukraynanın müzakirə olunacağı xəbərini yayıb. Sammitin avqustun 5-i və 6-da keçirilməsi planlaşdırılır.

Rusiya nümayəndələri sammitdə iştirak etməyəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu