Rusiya, Çin və İran nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparacaqlar


Rusiya, Çin və İranın nümayəndələri aprelin 7-8-də Moskvada İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparacaqlar.


AFN.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

“Bu gün və sabah Moskvada daha bir üçtərəfli görüşümüz olacaq, burada Çin, Rusiya və İran nüvə məsələsi, nüvə sazişi və 2231 saylı qətnamə ilə bağlı müxtəlif aspektləri müzakirə edəcəklər”, – deyə Bəqayi İRNA xəbər agentliyinə bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran nüvə proqramı ilə bağlı hələlik ABŞ-la danışıqlar keçirməyib, lakin Tehran buna hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu