Hindistan XİN: Tramp administrasiyası ilə anlaşma əldə olunub

Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib ki, Hindistan dünyada Prezident Donald Trampın rəhbərliyi altında ABŞ ilə fundamental anlaşma əldə edən yeganə ölkə ola bilər.
AFN.az xəbər verir ki, bununla bağlı "The Economic Times" məlumat yayıb.
"Düşünürəm ki, Hindistan Donald Trampın ikinci dövründə ABŞ ilə belə fundamental anlaşmaya nail olan yeganə ölkəyik", - deyə nəşr nazirin Yeni Dehlidə keçirilən seminardakı çıxışından sitat gətirib.
O qeyd edib ki, Hindistan ikitərəfli ticarət məsələlərində ABŞ-la fəal əməkdaşlıq edir. "Biz bu cəbhədə Tramp administrasiyası ilə əlaqə saxlamağa qərar verdik və Amerika administrasiyası bizimlə olduğu kimi, onlarla müzakirələrimizdə çox açıq və konstruktiv olduq. Nəticədə bi ilin payızına qədər ABŞ ilə ticarət sazişi imzalamaq barədə razılığa gəldik” - deyə XİN rəhbəri qeyd edib.
Hindistanın baş naziri Narendra Modinin fevral ayında ABŞ-a səfərindən sonra Nyu Dehlinin Vaşinqtonla əlaqələrinin tempi əhəmiyyətli dərəcədə artıb. Xarici işlər nazirinin sözlərinə görə, Hindistan son altı ayda ABŞ ilə Aİ ölkələrinin son iki ildə olduğundan daha çox təmasda olub.
"Hər bir ölkə ABŞ-ın artan ticarət tariflərinə fərqli reaksiya verir. Bu kontekstdə Hindistanın bu ölkə ilə ticarət sazişi bağlamaq kimi ardıcıl məqsədi var", - deyə Caişankar vurğulayıb.