Xanlar Vəliyev hakim təyin edildi - YENİLƏNİB

Daha sonra Xanlar Vəliyev and içib: “Konstitusiya Məhkəməsinə hakim təyin olunmağımla bağlı Milli Məclisə müraciət etdiyinə görə möhtərəm Prezidentə dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda, sədr və millət vəkillərinə mənim bu vəzifəyə seçilməyimlə bağlı səs verdiklərinə görə təşəkkürümü bildirirəm.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini şərəf və vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.
Qeyd edək ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
***
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.