Konstitusiya Məhkəməsinin məşhur hakimi təqaüdə göndərildi


Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova təqaüdə çıxıb.



“Report”un əldə etdiyi məlumata görə, 74 yaşlı hakim son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Konstitusiya Məhkəməsindən faktı "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, S.Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 9 hakimi var və onların vəzifədə olmasının son yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra edir.

Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Humay Elçin qızı Əfəndiyevanın məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.
H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi kimi and içib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu