KİV: ABŞ və İranın nüvə sazişinə qayıtması ehtimalı azdır


ABŞ və İranın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə əməl etməyə qayıtması ehtimalı azdır.


AFN.az xəbər verir ki, belə bir analizlə "The Washington Post" qəzeti çıxış edib.

Nəşr yazır ki, bu, həm JCPOA-nı tarixin ən pis sövdələşməsi adlandıran ABŞ prezidenti Donald Trampın, həm də Trampın sazişdən çıxmasından sonra nüvə proqramını inkişaf etdirməkdə böyük uğurlara imza atan İranın mövqeyi ilə ziddiyyət təşkil edir.

İran üzrə amerikalı ekspert Əli Vaez hesab edir ki, əgər Tehran və Vaşinqton Omandakı danışıqlarda İranın nüvə proqramının məhdudlaşdırılması miqyası məsələsində ümumi fikir tapsalar, gələcəkdə onlar vasitəçilərsiz dialoqa keçə və sazişin texniki detallarını müzakirə edə biləcəklər. Onun fikrincə, əks halda İslam Respublikasına qarşı daha sərt sanksiyalar tətbiq olunacaq və bu, ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasına səbəb ola bilər.

Aprelin 12-də Omanda ABŞ və İran nümayəndələrinin görüşü keçiriləcək və orada İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması parametrlərinin müzakirə olunması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu