Mersin rəhbərliyi NATO üçün əsas rol oynayacaq - Rutte

NATO-nun baş katibi Mark Rutte Fridrix Mersi Almaniya kansleri seçilməsi münasibətilə təbrik edib.
AFN.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb. Rutte qeyd edib ki, Mersin rəhbərliyi NATO üçün əsas rol oynayacaq.
"Müdafiəmiz və çəkindirmə imkanlarımız üzərində işlədiyimiz bir vaxtda sizin rəhbərliyiniz əsas olacaq" - deyə Rutte yazıb.
Qeyd edək ki, Almaniya parlamenti səsvermənin ikinci turunda Mersi kansler seçib, prezident Frank-Valter Ştaynmayer ona təyinat məktubunu təqdim edib.