BDU-da 2025-ci il yaz imtahan sessiyası iyunun 2-də başlayacaq


İyunun 2-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq.

AFN.az xəbər verir ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib. 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2025-ci il 7 may tarixli əmrinə əsasən nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

İclasda imtahan sessiyasının 2025-ci ilin iyun ayının 2-dən başlayaraq 5 həftə ərzində keçirilməsi, müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2025-ci il iyul ayının 3-dən 7-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Yaz imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 15500-dən çox, magistratura səviyyəsində 1160 təhsilalanın iştirakı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu