BDU-da qış imtahan sessiyası davam edir


Yanvarın 5-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Sessiya fevralın 3-dək davam edəcək.


BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, imtahanlar iki növbədə (bakalavriatura səviyyəsi üzrə saat 10:00-13:00-dək, magistratura səviyyəsi üzrə saat 14:00-18:00-dək) keçirilir.
Yanvarın 12-də bakalavriatura səviyyəsində 226 qrup üzrə 4551 tələbə, magistratura səviyyəsində 124 ixtisaslaşmada 741 nəfər imtahan verir.
Ümumilikdə sessiya ərzində bakalavriatura səviyyəsində 927 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 261 ixtisaslaşma üzrə 1975 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu