AFFA "Qarabağ"ı və "Sabah"ı cərimələri – toplam məbləğ 8900 manat


AFFA İntizam Komitəsinin iclası keçirilib.



İclasda Azərbaycan kubokunun "Qarabağ” – "Sabah” final matçında yaşanan hadisələrlə bağlı qərar verilib.



Qərara əsasən, "Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.



Oyunun 120-ci dəqiqəsində "Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimələnib.



Qərarda qeyd edilib ki, oyunun 120-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, "Qarabağ” 3000 manat cərimələnib.



Oyunda "Qarabağ” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 1500 manat cərimə edilib.



Beləliklə, AFFA tərəfindən Ağdam təmsilçisinə ümumilikdə 6700 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.



"Sabah" da maddi cəzadan qaça bilməyib.



Həmin matçda "Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. "Sabah” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu