NATO baş katibi Mark Rutte Ukraynanı Haaqa sammitinə dəvət etdi

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rutte bu barədə təşkilata üzv ölkələrin müdafiə nazirlərinin iyunun 5-də keçiriləcək görüşündən əvvəlki mətbuat konfransında məlumat verib.
"Mən Ukraynanı sammitə dəvət etdim. Tezliklə proqramı onlara təqdim edəcəyik", - deyə Rutte qeyd edib.
O, sammitin yekun bəyanatında Ukraynanın qeyd edilib-edilməyəcəyi ilə bağlı suala cavab verməsə də, bu mövzunun müzakirə ediləcəyini vurğulayıb. Baş katibin sözlərinə görə, sammit bütünlüklə alyansın hərbi imkanlarının və xərclərinin artırılmasına həsr olunacaq.