ABŞ-dan Şimali Koreyaya Rusiyaya hərbi dəstəyin dayandırılması çağırışı

ABŞ Dövlət Departamenti Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsinin və Moskvanın bu dəstəyə cavab olaraq etdiyi yardımların dayandırılmalı olduğunu bildirib.
Dövlət Departamentinin sözçü müavini Tommi Pigott gündəlik mətbuat konfransında danışıb.
Pigott “Şimali Koreyanın müharibəyə birbaşa qarışması, Şimali Koreyanın Rusiyaya hərbi birləşmələr göndərməsi və Rusiyanın Şimali Koreyaya qarşılıq olaraq göstərdiyi hər cür dəstəyin dayandırılması ilə bağlı narahatlıqlarımız davam edir” deyib.
Daha əvvəl də Şimali Koreya və Rusiya ilə bağlı bir neçə dəfə açıqlama verdiklərini xatırladan Pigott “Daha əvvəl dediyimiz kimi Şimali Koreya kimi Rusiya-Ukrayna münaqişəsinə qatılan üçüncü ölkələr bu müharibədə məsuliyyət daşıyırlar” deyə əlavə edib.
Şimali Koreya lideri Kim Çen In iyunun 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul etmişdi.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti açıqlamasında tərəflərin beynəlxalq məsələlərdən əlavə Rusiya ilə Şimali Koreya arasındakı ikitərəfli əməkdaşlığı müzakirə etdiyi bildirilib.
Kim səfərdən sonra dünən verdiyi açıqlamada Ukrayna müharibəsi də daxil olmaqla bütün mühüm beynəlxalq siyasi məsələlərdə Rusiyanı şərtsiz dəstəkləyəcəyini ifadə etmişdi.