NATO Baş katibi: ABŞ da daxil olmaqla müttəfiqlər gərginliyi azaltmalıdır

NATO-nun Baş katibi Mark Rutte İsrailin İrana hücumlarını tək tərəfli addım kimi dəyərləndirib və ABŞ da daxil olmaqla bütün müttəfiqləri bölgədəki gərginliyi azaltmağa çağırıb.
İsveçin Baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında danışan Rutte bu hücumların sürətlə inkişaf edən vəziyyət yaratdığını bildirib.
“Bu, İsrailin təkbaşına atdığı bir addımdır,” – deyə o qeyd edib və əlavə edib: “ABŞ da daxil olmaqla bir çox müttəfiqin gərginliyi azaltmaq üçün çalışması həyati əhəmiyyət daşıyır. Onların bu yöndə addımlar atdıqlarını da bilirəm.”