ABŞ İranın Fordo nüvə obyektinə mümkün zərbə planını nəzərdən keçirir

ABŞ İranın Fordo şəhərində yerləşən yeraltı nüvə obyektinə zərbə endirmək üçün iki ssenarini nəzərdən keçirir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, obyekt B-2 Spirit strateji bombardmançısı və ya C-130 Hercules təyyarəsi vasitəsilə hücuma məruz qala bilər.
"13,6 tonluq GBU-57 "Massive Ordnance Penetrator" bombası yalnız B-2 vasitəsilə effektiv şəkildə istifadə oluna bilər" - deyə yayılan məlumatda bildirilir. Hərbi analitiklərə görə, B-2 İranın hava məkanına dərin nüfuz edə bilir və tammiqyaslı müharibəyə ehtiyac olmadan hədəfi məhv etmək gücünə malikdir. Alternativ olaraq, İsrailin C-130 Hercules təyyarələri ilə oxşar sursatlardan istifadə etməsi də istisna edilmir. Lakin bu təyyarənin sürət və radar görünürlüğü baxımından məhdudiyyətləri var.