Emin Tarverdiyev şəhid Mərhəmət Həmzəyevin ailəsini ziyarət edib

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Şahbuz rayonunun Keçili kəndində şəhid Mərhəmət Həmzəyevin ailəsini ziyarət edib.
Bu barədə AFN.az-a E.Tarverdiyev məlumat verib. Bildirib ki, ziyarət zamanı 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olan Mərhəmətin ailəsinə bir daha başsağlığı verib:
“Dövlətimizin şəhid ailələrinə diqqət və qayğısı haqda fikir mübadiləmiz oldu. Şəhidimizin ailəsi onlara diqqət, qayğı göstərən hər kəsə təşəkkürlərini çatdırdılar”.
Qeyd edək ki, Mərhəmət Həmzəyev 1997-ci il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub. 9-cu sinifdən Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2019-cu ildə leytenant rütbəsi alıb. O, 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində fəal iştirak edib.
Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və həmin gün şəhid olub.
Uzun müddət nəşi tapıla bilməyib. 2020-ci il dekabrın 22-də Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn olunub.
M.Həmzəyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalı və "Rəşadət" ordeni ilə təltif edilib.