"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti təlim keçirilib
"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin malliyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində beşinci onlayn (zoom programı) tədbir-konfrans keçirilib.
"Vətən Bağı"STİB-in sədri, layihənin rəhbəri Emin Tarverdiyev layihə iştirakçılarını salamlayaraq təlimin zərurilliyi barədə məlumat verib, bu gün şəhid və qazi ailələrinə dövlətimizin göstərdiyi qayğı barədə danışıb. E.Tarverdiyev çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin də bu sahədə şəhid və qazi ailələrinə diqqəti qürurvericidir
Lahiyənin təlimçisi, rəqəmsal marketinq üzrə ekspert Samir Mehdiyev növbəti mövzu barədə iştirakçılara məlumat verib. O bildirib ki, "Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində növbəti mövzu sosial mediada kontentin əhəmiyyətidir. S.Mehdiyev iştirakçıları təlim zamanı fəal olmağa çağırıb. Sosial mediada kontentin əhəmiyyəti ilə bağlı iştirakçılara ətraflı məlumat verən ekspert yekunda onların suallarını cavablandırıb.
"Şəhid və qazi ailə üzvlərinin rəqəmsal bacarıqlarının inkişafı" layihəsi çərçivəsində keçirilən beşinci onlayn təlimdə influencer, məzmun üzrə mütəxəssis Nigar Eyvazlı da qonaq qismində iştirak edib. O, sosial mediada kontentin əhəmiyyəti ilə bağlı iştirakçılara detallı məlumat verib, onları maraqlandıran suallara cavab verib.
Qeyd edək ki, təlim 2 qrup üzrə, hər qrupa 1 saat onlayn olaraq keçirilir.